Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ABI Research”: 2019-cu ilədək təxminən 8 milyard mobil qurğu tamamilə yeni batareya və adapter tələb edəcək


“ABI Research” analitiklərinin proqnozuna görə, 2019-cu ilədək dünyada akkumulyator batareyaları üçün böyük aparat bazası formalaşdıran təxminən səkkiz milyard mobil qurğu (smartfon, mobil telefon, planşet, leptop və daşınan qurğuları) olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “ABI Research”in baş direktoru Nik Spenser bildirib ki, son bir neçə ildə mobil qurğuların müxtəlif komponentləri, həmçinin onlarla bağlı məhsul və xidmət kateqoriyaları xeyli dəyişib. Günbəgün istifadəçilər smartfonlardan daha çox istifadə edir, amma bu halda enerji mənbələri bazarında inqilab yoxluğu problemi daha kəskin xarakter alır. Mobil qurğu sahibləri əksər hallarda avtonom iş vaxtının azlığından şikayət edirlər.
 
“ABI Research”in qiymətləndirməsinə görə, indi hər evdə  akkumulyator batareyaları ilə təchiz edilmiş orta hesabla 10-dan çox qurğu var. Daşınan qurğular bazarının inkişafı, əşyaların interneti konsepsiyasının populyarlaşması və elektrik avtomobilləri bazarının inkişafını nəzərə alsaq, gələcəkdə akkumulyator batareyalarının sayı dəfələrə artacaq.
 
Emil Hüseynov




10/10/14    Çap et