Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“www.e-pul.az” elektron ödənişlər portalı: hər şey artıq daha asandır!


Bu yaxınlarda Azərbaycanın elektron ödənişlər bazarına “www.e-pul.az” adlı yeni portal daxil oldu. Saytın əsas funksiyası müxtəlif xidmət haqlarının, kommunal xidmətlər, mobil danışıqlar üzrə və digər ödənişlərin onlayn rejimdə edilməsini təmin etməkdir. Bazarda hazırda oxşar xidmətləri təqdim edən bir neçə müxtəlif sayt fəaliyyət göstərir.
 
Sual yarana bilər ki, bəs o zaman “www.e-pul.az”-ın üstünlüyü nədədir? Bu portal bizə hansı yeni imkanları təklif edə bilər?
 
Bu saytın ən mühüm xüsusiyyəti plastik kartlarla bağlı məlumatların qeydiyyata alınması imkanıdır. Siz kartınızla bağlı məlumatları daxil etdikdən sonra sistem bu kartı yadda saxlayır. Gələcəkdə həmin kartla bağlı məlumatları təkrar-təkrar daxil etmənizə ehtiyac qalmayacaqdır. Bundan əlavə, bir neçə kartı daxil etmək və onlardan birini prioritet seçərək ödənişlərin avtomatik olaraq həmin kartdan silinməsi seçimi də vardır. Bu o demək deyil ki, siz kartı yaddaşda saxlamadan birdəfəlik ödənişlər edə bilməzsiniz – bu funksiyanı paralel şəkildə istifadə etmək mümkündür. Bu funksiyanın təhlükəsizliyi də Sizi narahat etməsin – “www.e-pul.az” portalı beynəlxalq təhlükəsizlik standartlarına uyğun bütün sertifikasiyalardan keçmişdir.
 
Digər əhəmiyyətli funksiyalardan biri hesabların ödənilməsidir. Tutaq ki, Siz hər ay kabel televiziyası, internet və s. üçün eyni standart məbləği ödəyirsiniz. Bizim saytdan istifadə edərkən artıq bunu hər ay təkrarən etmənizə gərək qalmayacaq. Sadəcə ödənişlərin təkrarlanma tezliyi və məbləği daxil edin və sistem özü avtomatik olaraq vaxtı-vaxtında ödənişləri edəcək və Sizin e-mail ünvanınıza bu barədə müvafiq bildiriş göndərəcəkdir.
 
Bundan əlavə, borcların izlənilməsi kimi faydalı bir funksiyanı da xüsusi qeyd etmək lazımdır. Bu bölmədə Sizin abunə hesabları avtomatik olaraq yenilənir və ödəniş vaxtı çatan qaimələr dərhal səhifənizdə görünür. Bu funksiyanın yardımı ilə Siz artıq hesablarınız üzrə ödənişləri vaxtında etməyi unutmayacaqsınız.
 
Yekunda isə, əlbəttə, istifadəsi asan və son dərəcə faydalı olan şəxsi kabineti qeyd etmək lazımdır. Bir neçə sadə addımlarla Sizə lazım olan bütün əməliyyatları həyata keçirə bilərsiniz. Ödənişi həyata keçirdikdən sonra Siz ödəniş haqqında xüsusi qəbz alacaqsınız. Bu qəbzi çap edə və ya elektron poçt vasitəsilə göndərə bilərsiniz. Bununla yanaşı, aparılan ödənişlər üzrə müəyyən hesabatlar da hazırlamaq mümkündür.
 
www.e-pul.az” portalı üzərində çalışan komandamız müştərilərə funksional, rahat və təhlükəsiz məhsul təqdim etmək üçün çalışır. Biz hər zaman Sizin suallarınıza cavab verməyə, irad və təkliflərinizi dinləməyə və istəklərinizi yerinə yetirməyə hazırıq. Bilavasitə saytdakı onlayn konsultant, (+99412)4092370 nömrəli telefon və ya “Support@e-pul.az” elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz!
 
 
 




10/10/14    Çap et