Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədqiqat: məktəblilərin 53%-i bütün günü internetdən istifadə edir


Keçirilmiş tədqiqata əsasən, məktəblilərin 53%-i dərs saatlarında smartfon, evdən isə kompüter və noutbukların köməyilə şəbəkəyə çıxaraq bütün günü internetdə vaxt keçirirlər.
 
Respondentlərin 22%-i bildirib ki, onların uşaqları məktəbdən qayıtdıqdan sonra yalnız bütün dərslərini etdikdən sonra internetdə oynayır və ya mesajlaşırlar. Bu haqda “ESET” şirkəti məlumat paylaşıb.
 
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, rəyi soruşulanların 9%-i bu haqda mənfi düşünür. Onların fikrincə, uşaq internetə daxil olmamalıdır. Onlar hesab edirlər ki, internetdə onlayn oyunlara nəzarət olmalıdır, şəbəkədən istifadə yalnız iş məqsədi ilə əlaqədar mümkündür.
 
"Məktəblilərin internetə çıxışını məhdudlaşdırmaqla bağlı suala universal cavab yoxdur və hər ailə bu məsələni istədiyi kimi həll edir" –  tədqiqat müəllifləri bildiriblər. “ESET” şirkətindən bildirilib ki, məktəblinin hər bir addımına nəzarət qeyri-mümkündür, ancaq onu mümkün risklər haqqında xəbərdarlıq etmək və bəzi təhlükələrdən qorumaq üsulları var.
 
Emil Hüseynov
 





10/10/14    Çap et