Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ilin 9 ayı ərzində ölkəmizdə elektron ticarətin həcmi artaraq 4,4 milyona çatıb


Azərbaycan Dövlət Statistika Komitəsi cari ilin doqquz ayı üzrə elektron pərakəndə ticarət dövriyyəsinin həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, bu müddətdə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 milyon manat təşkil edib.
Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.
 
Elektron ticarət dövriyyəsinin 94,9 faizini qeyri-ərzaq malları təşkil edib.
 
CAHANGİR




10/10/14    Çap et