Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İTİDF-nin Müşahidə Şurası maliyyələşdirilən layihələrin monitorinq qaydalarını təsdiq edib
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilmiş tədbirdə fond tərəfindən "Qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydaları"na dəyişikliklərin edilməsi, qrant müsabiqələri nəticəsində maliyyələşdirilən layihələrin və güzəştli kredit vasitəsi ilə maliyyələşdirilən layihələr üzrə monitorinqlərin aparılması qaydaları müzakirə edilib.
İclasda fondun icraçı direktorun müavini Azər Bayramov bildirib ki, birinci qrant müsabiqəsi nəticəsində əldə edilmiş təcrübə əsasında layihələrin yalnız elektron formada qəbul edilməsi və onların elektron imza ilə təsdiq edilməsi daha məqsədəuyğundur.
"Fonda təqdim edilən layihələrin elektron imza ilə təsdiq edilməsi üçün layihələrin onlayn qəbulu üzrə elektron xidmətin reqlamenti ilə bağlı təklif nazirliyə təqdim edilib. Birinci qrant müsabiqəsi çərçivəsində iş prosesi göstərib ki, layihələrin elektron variantda göndərilməsinin üstün cəhətləri coxdur" - deyə A. Bayramov qeyd edib.
Daha sonra layihələrin qəbulu ilə bağlı prosedurun sadələşdirilməsi ilə bağlı qərar qəbul edilib. Xarici ekspertlərin qiymətləndirilməsini tələb edən layihələrin xarici dilə tərcüməsini Fond tərəfindən tələb oluna bilər.
Sonda Müşahidə Şurası qrant vəsaiti və ya güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən İT layihələrin icrasının monitorinqlərin keçirilməsi və qrant müsabiqəsinin keçirilməsi qaydalarına dəyişiklikləri təsdiq edib.
Belə ki, üç mərhələdə maliyyələşdirilən layihələrin icraçıları 1-ci və 3-cü mərhələnin yekununda hər bir mərhələ bitdikdə fonda hesabat təqdim etməlidirlər və fond yerində yoxlamalar keçirərək layihə icra planına uyğun olduğu halda maliyyələşdirməni davam etməsi haqda qərar qəbul edəcək.
10/10/14 Çap et