Azərbaycanın icazələrin elektron informasiya portalından istifadə edənlərin sayı 300 minə yaxınlaşıb
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “
www.icazeler.gov.az” portalının xidmətlərindən sentyabr ayında 8000-dən çox, indiyədək isə 298 mindən artıq internet istifadəçisi yararlanıb.
Nazirlikdən verilən məlumata görə, sentyabr ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən Rusiya, ABŞ, Türkiyə, Norveç və Böyük Britaniyadan olan istifadəçilər də yararlanıblar.
Xatırladaq ki, sözügedən portal icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə yaradılıb.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
CAHANGİR