Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Banklar artıq iri İT layihələrinin maliyyələşdirilməsinə başlayıblar


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi yanında  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə banklar tərəfindən artıq sahibkarlara kreditlər verilir.

”ICTnews” xəbər xidmətinin məlumatına əsasən, artıq fondun xətti ilə “GoldenPay” və “Enginet” şirkətlərinə kreditlər ayrılıb.
 
Belə ki, “GoldenPay” şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün “PashaBank” tərəfindən 400 min manat həcmində güzəştli kredit ayrılıb. “Enginet” şirkətinə isə Respublika Bankı tərəfindən internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkəsinin genişləndirilməsi üçün 500 min manat həcmində güzəştli kredit verilib.
 
Aynur Vəliyeva




11/10/14    Çap et