Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni SMS virus “Android” istifadəçiləri üçün təhlükə yaradır


Şəbəkədə iyunda aşkar edilmiş “Selfmite” SMS virusunun yeni versiyası peyda olub. Sistemə düşdükdən sonra minlərlə mesaj göndərən virus artıq 16 ölkənin istifadəçilərinin “Android” qurğularını yoluxdurub.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə tədqiqatçılar troyanın birinci versiyasını (“Selfmite.a”) yayda aşkar ediblər. Virus “qurban”ın ünvan kitabçasında ilk 20 kontakta zərərli kodu özündə saxlayan APK-quraşdırıcıya istinad göndərib. Virusun yeni forması “Selfmite.b” bütün kontaktlara minlərlə SMS göndərir, “AdaptiveMobile” şirkətindən bildirilib.
 
“AdaptiveMobile”in analitiki Denis Maslennikovun qiymətləndirməsinə görə, “Selfmite.b” virusun birinci versiyası ilə müqayisədə yüz dəfə daha çox trafik yaradır.
 
Bir qurğudan orta hesabla 1500 mesaj göndərilir. Bu, tarif planı qeyri-məhdud SMS dəstəkləməyən istifadəçilərə baha otura bilər. Bundan başqa, bəzi operatorlar abunəçinin nömrəsini spama görə həmişəlik bloklaya bilər. “Selfmite.a” virusu, əsasən Şimali Amerika istifadəçilərinə hədəflənmişdisə, “Selfmite.b” ən azı 16 ölkədə istifadəçilərin “Android” qurğularında aşkarlanıb.
 
Emil Hüseynov




13/10/14    Çap et