“Apple” və “Microsoft” fanatları nəyə üstünlük verirlər?
“Apple” və “Microsoft” şirkətləri çoxdankı rəqibdirlər. Hər iki korporasiyanın çox etibarlı fanatları var. “Business Insider” nəşri hər iki istehsalçının fanatlarının seçimini araşdırıb.
Bundan ötrü müxtəlif suallar üzrə istifadəçilərin qiymət və səsini toplayan “Ranker” saytına müraciət edilib.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Apple” fanatlarının bilavasitə İT ilə bağlı brendlər (məsələn, “BMW” və “Mercedes”) xoşuna gəlir. Bundan başqa, onlar “Gap” mağazalar şəbəkəsi və “Starbucks” qəhvəxana şəbəkəsinə üstünlük verirlər. “Microsoft” fanatları köhnə İT şirkətlərini (Yahoo!, IBM və eBay) seçirlər. Onlar “In-N-Out Burger”də yeməyə üstünlük verirlər.
"Alma" qurğularının sahibləri “Samsung” brendinə nifrət edir, “Facebook”da işləməyi arzulayır, "Xaç atası" trilogiyasını və aktrisa Kira Naytlini bəyənirlər. Onlar “Microsoft” korporasiyasını şər təcəssümü kimi görürlər. Sonuncunun fanatları əmindirlər ki, “Nike” brendindən pis heç nə yoxdur, “Dell” şirkətində işləmək istəyirlər, "Kriminal qiraət" filmini izləyirlər və Enn Xeteueyi bəyənirlər, “The Pirate Bay” şər təcəssümü hesab edirlər.
Emil Hüseynov