Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Snapchat” müştərisinə müdaxilə nəticəsində 100 mindən çox şəkil və video internetdə yerləşdirilib


Avtomatik silinən mesajların mübadiləsinə xidmət edən “Snapchat” messencerinin kənar müştərisinə edilmiş haker hücumu nəticəsində yüz mindən çox şəxsi şəkil və video internetdə yerləşdirilib.

“4chan”ın  istifadəçiləri bildirib ki, təxminən 13 QB həcmində nəhəng məlumat bazasında həddi-buluğa çatmamış istifadəçilərin çoxlu şəkli var.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Snapchat” messencerinin kənar “Android”-müştərisi “SnapSave” müdaxiləyə məruz qalıb.
 
Anonim “4chan” forumunda yazılıb ki, məlumat sızması arasında uşaq pornoqrafiyası (“Snapchat”ın auditoriyasının yarısını 13-17 yaşında yeniyetmələr təşkil edir) çoxluq təşkil edir. Açıq-saçıq foto və videolarını mübadilə edən yeniyetmələr hesab ediblər ki, onların mesajları bir müddətdən sonra avtomatik silinəcək.
 
"Biz təsdiq edirik ki, “Snapchat” messencerinin serverlərinə heç vaxt müdaxilə olunmayıb və bu məlumat sızıntısının mənbəyi deyil. Snapçatterlər snapları göndərməyə və qəbul etməyə imkan verən kənar tətbiqlərin “qurban”ı olublar” – şirkətdən bildirilib.
 
Emil Hüseynov

 




13/10/14    Çap et