Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Virtual ofis”lər fəaliyyətə başlayıb


Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ölkədə yeni xidmətlərin yaranmasına səbəb olub. Onlardan biri də “Virtual ofis” və ya “Work Space”dir. Bu xidmət biznesini yeni quran insanlar üçün çox əlverişli hesab olunur və dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə yayılıb.
 
"ICTnews.az"ın məlumatına görə, “Virtual ofis”in əsas üstünlükləri onun həm aşağı qiymətlərlə müşahidə edilməsi, həm də şəhərlərin mərkəzində yerləşməsindədir. Bunun üçün elə bir yer seçilir ki, ora həm insanların gediş-gəlişi rahat olur, həm də ünvan hər kəs tərəfindən asanlıqla tapıla bilir.
 
 
Belə ki, Bakıda təqdim olunan sözügedən xidmət paytaxtın  28 May 33 ünvanında yerləşir (“Piramida” Plaza). Bu mərkəzdə bir otaq 10 nəfərlik rəsmi görüş zalı, 1 otaq təkbətək görüşlər üçün, 1 otaq 15 nəfərlik təlim və seminarların keçirilməsi üçün və əlavə bir otaq da iş masaları üçün nəzərdə tutulub. “Virtual ofis”dən bildirilir ki, uzunmüddətli əməkdaşlıq ediləcəyi təqdirdə qiymətlərdə güzəştlər edilir.
 
“Virtual ofis”lərdə əməkdaşlara yüksəksürətli və keyfiyyətli internet xidmətləri təklif olunur.
 
 
SEYMUR




13/10/14    Çap et