Qanun keşikçiləri “iOS” və “Android” sistemli qurğularda şifrləmə funksiyasının əleyhinədir
Bu yaxınlarda “Apple” şirkəti istehsal etdiyi mobil telefonlarında şifrləmə funksiyasının tətbiq edilməsini bəyan edib. Şirkət həmçinin bu funksiyanın tətbiqindən sonra ABŞ istehsalçısının fərdi məlumatları hüquq-mühafizə orqanlarının sorğusuna əsasən onlara verilməsinin qeyri-mümkün olmasını bildirib.
“Apple”dan sonra “Google” şirkəti də analoji funksiyanı tətbiq edib. “Google” bu funksiyanı “Android” mobil əməliyyat sisteminin növbəti versiyasında tətbiq etmək niyyətindədir.
Lakin hüquq-mühafizə orqanlarının nümayəndələri bu təklifin əleyhinə çıxış ediblər. “Bu, çox pis ideyadır. Smartfonla əlaqə cinayətkarların üstünlük verdiyi ünsiyyət vasitəsidir. Biz təhqiqat üçün çoxlu imkanları əldən veririk”, - Vaşinqton Polis İdarəsinin rəhbəri Keti Lanye deyib.
İndi ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu (FTB) “iOS 8” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularda və “Android”in yeni versiyasına şifrləmənin necə işləməsini aydınlaşdırmağa çalışırlar. Onlar həmçinin şirkətlərin hüquq-mühafizə orqanlarının sorğusu əsasında şifrlənmiş məlumatları təqdim edə biləcəklərini öyrənirlər.
Lakin “iOS 8” sistemində bu qeyri-mümkün görünür. “Apple” bildirib ki, “iOS 8” sisteminin idarəetməsi ilə işləyən qurğularda fotoşəkil, bildirişlər (fayllar daxil), poçt, kontaktlar, zənglər tarixçəsi, "iTunes” xidmətinin içindəki məlumatlar və qeydlər kimi fərdi məlumatlar parol kodu ilə mühafizə olunur. ABŞ şirkəti bu parol koduna daxil ola bilmədiyinə görə məlumatlara çıxış imkanı yoxdur, - “
Xaker” yazır.