Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” “Wi-Fi” texnologiyasının smartfonlar üçün yeni standartını hazırlayıb
Cənubi Koreyanın “Samsung” korporasiyası “Wi-Fi” texnologiyasının 802.11ad versiyasını hazırlayıb. Şirkətin saytındakı informasiyaya əsasən, smartfon sahibləri informasiyanı artıq beş dəfə daha sürətli yükləyəcəklər.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "60 QHs yüksək tezlikdə işləyən yeni standart sayəsində 1 QB tutumunda filmi smartfona üç saniyədə yükləmək mümkün olacaq – şirkətdən bildirilib. Məlumatlar saniyədə 4,6 Qbit sürətlə ötürüləcək".
Beləliklə, bir saniyədə 575 MB məlumat yüklənəcək. Mövcud standartlar eyni müddətdə 108 MB informasiya yükləməyə imkan verir.
Yaxın gələcəkdə yeni texnologiyanı portativ elektron qurğularda (planşet, smartfon, həmçinin xüsusi telekommunikasiya və tibbi avadanlıq) istifadə etmək planlaşdırılır.
Emil Hüseynov
13/10/14 Çap et