Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “2017-ci ilədək “Əşyalar interneti” sahəsində həllərin yarısı hazırda mövcud olmayan yeni şirkətlər tərəfindən yaradılacaq”



"Gartner" analitiklərinin fikrincə, "Əşyalar interneti"nin yayılmasını nəhəng İT şirkətləri və ya istehlak malları istehsalçıları deyil, ixtiraçı, sahibkar və startaplar (fəaliyyətə yeni başlayan şirkətlər) təmin edəcək.
 
2017-ci ilədək "Əşyalar interneti" sahəsində həllərin (mal və xidmətin birləşməsi) yarısı üç il əvvəl təsis edilən startaplar tərəfindən hazırlanacaq. Məhz startaplar və kiçik şirkətlər ucuz elektronikanın, ənənəvi istehsal üsullarının və "3D" çapın üstünlüklərindən yararlana bilir.
 
Analitiklər "Arduino" platforması, başlanğıc səviyyəli "3D" printerlər, adi dəzgah və xarrat alətləri ilə məişət texnikasının idarəetməsi üçün öz qurğularını istehsal edən əksər sahibkarları və ayrı-ayrı həvəskarları nümunə kimi göstərir. İri şirkətlərin məhsullarından fərqli olaraq bu qurğuların başlıca vəzifəsi xərclərin azaldılması yox, rahatlığın artırılmasıdır.
 
Qeyd olunur ki, yeni imkanlar axtarışında olan startapların yaradılması prosesi davam edəcək. Onların əksəriyyəti uğursuzluqla üzləşəcək, uğurlu həllər isə iri şirkətlər tərəfindən birləşdiriləcək və bazarda artım ümumilikdə saxlanılacaq, - "Computerworld" yazır. 




13/10/14    Çap et