Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daktiloskopik datçik bazarında dördqat artım gözlənilir


2020-ci ilədək daktiloskopik datçik bazarının həcmi dörd dəfə artaraq 1,7 milyard ABŞ dollarından çox təşkil edəcək. “IHS” analitik şirkətinin proqnozuna əsasən, bu vəziyyət “Apple” və “Samsung” şirkətlərinin mobil qurğuları sayəsində mümkün olacaq.
 
Mütəxəssislər hesab edirlər ki, beş il sonra barmaq izlərinin identifikasiyası üçün datçiklərlə təchiz edilmiş smartfon və planşetlərin tədarükü 1,4 milyarda çatacaq. Bu göstərici 2014-cü ildə gözlənilən 317 milyon qurğudan dörd dəfə daha çoxdur. Bu haqda “IHS” tədqiqat şirkətinin MEMS datçik və sensor sahəsi üzrə analitiki Marvan Baustani deyib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ilk dəfə “iPhone 5s” modelində “Touch ID” funksiyası şəklində işıq üzü görmüş barmaq izlərinin skan edilməsi üçün sensor datçik telefonu tez və təhlükəsiz blokdan çıxarmağa, həmçinin ödənişlərin edilməsi zamanı qurğu sahibini identifikasiya etməyə imkan verir.
 
Gözləntilərə əsasən, tezliklə “Samsung”un assortimentində bu tip datçiklə təchiz edilmiş smartfonlar çıxarılacaq.
 
 
Emil Hüseynov
 





13/10/14    Çap et