Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əhali məskunlaşmasının “ArcGİS” proqram təminatı imkanlarından istifadə edilərək öyrənilməsi” mövzusunda keçirilən təlim kursları başa çatıb


Böyük Britaniyanın  Edinburq şəhərində  Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunda (ESRİ) “Əhali məskunlaşmasının “ArcGİS” proqram təminatı imkanlarından istifadə edilərək öyrənilməsi” mövzusunda keçirilən  təlim kursları başa çatıb.
 
Kurslarda AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı və doktorantı Rauf Əmənov iştirak edib. R.Əmənovun təlimlərdə iştirakına Prezident yanında Elmin İnkişafı Fondu (EİF) dəstək verib. İnstitutdan bildirilib ki, təlim iki hissədən ibarət olub.
 
Birinci hissə  “ArcGİS10.x Desktop” üçün inkişaf etdirilmiş bacarıqlar (Enhanced Skills for ArcGIS 10.x for Desktop)” və ikinci hissə isə “ArcGIS 10.x Məkansal Analizdən istifadə edərək raster məlumatların geoemalı (Geoprocessing Raster Data using ArcGIS 10.x Spatial Analyst)” adlanıb. R.Əmənov hər iki kursu uğurla başa vuraraq ESRİ-nin sertifikatları ilə təltif olunub.
 
 
Qeyd edək ki, doktorant EİF-in 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalibi olub. Sözügedən təlimlər də həmin layihə çərçivəsində reallaşıb.
 
 
Həqiqət İSABALAYEVA




13/10/14    Çap et