Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Raspberry Pi” mikrokompüterinin satış həcmi rekord qırıb
“Pi Foundation” şirkətindən bildirilib ki, “Raspberry Pi” miniatür kompüterinin satış həcmi 3,8 milyonu ötüb. 2012-ci ilin yazında çıxarılmış qurğunun tədarükü birinci ildə 1 milyondan bir qədər çox olub.
Mini fərdi kompüterin çıxarılmasından 2.5 il ötməsinə baxmayaraq, qurğunun populyarlığı yalnız artır.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 25 dollarlıq “Raspberry Pi” kompüteri ilk öncə şagirdlərə proqramlaşdırmanın əsaslarını öyrədən qurğu kimi yaradılıb. Amma ucuz kompüter həm də entuziastlər tərəfindən bəyənilib.
“Raspberry Pi” mini fərdi kompüteri SD kartdan yüklənilən “Linux” əməliyyat sisteminin distributivi əsasında işləyir. FK lövhə şəklində tədarük olunur, korpusu yoxdur. “Maus” və ya klaviatura kimi xarici qurğular USB portu vasitəsilə qoşulur. Kompüter kredit kartı ölçüsündədir.
“Raspberry Pi”nin satış həcmi, əlbəttə ki, smartfon və başqa istehlak qurğularının fonunda azdır, ancaq 3,8 milyon bu cür qurğu üçün böyük uğurdur.
Emil Hüseynov
14/10/14 Çap et