Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”u daha bir menecer tərk edib
“Google”un keçmiş meneceri Cay Mani Çinin “Xiaomi” smartfon istehsalçısının Hindistanda bölməsinin məhsullar üzrə aparıcı meneceri təyin edilib. Bu haqda “The Wall Street Journal” yazıb.
Mani əvvəllər “Google Play” üçün strategiya və analitikadan məsuliiyət daşıyıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu, Çin şirkətinin “Google”un əməkdaşlarını özünə cəlb etməsi ilə bağlı ilk hadisə deyil. Məsələn, 2013-cü ilin avqustunda “Android” əməliyyat sisteminin inkişafı ilə məşğul olan Hyuqo Barra “Google” şirkətini tərk edib. O, həmin ilin oktyabrında “Xiaomi”nin qlobal əməliyyatlar üzrə vitse-prezidenti olub. Barra qəzetə deyib ki, o və Mani “Google” şirkətində bir-biri ilə sıx əməkdaşlıq şəraitində işləyiblər".
“Xiaomi” şirkətinin indiki prezidenti Lin Bin, həmçinin “Google”un yetirməsidir.
“Canalys Research” analitik şirkətinin məlumatına əsasən, “Xiaomi” şirkəti 2014-cü ilin ikinci rübündə Çinin ən böyük smartfon tədarükçüsü olub.
Emil Hüseynov
14/10/14 Çap et