Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislərimiz nüvə kriminalistik analiz bacarıqlarını aşılayacaq kursa qatılıblar


Ukraynada Kiyev Nüvə Tədqiqatları İnstitutunda “Nüvə kriminalistikası; Uran və Plutonium nüvə materiallarının izotop tərkibinin müasir proqram təminatlı avadanlıq və metodlarla analizi və dərin ekspertizasının aparılması” adlı treninq kursu işə başlayıb. 18 oktyabr tarixinədək davam edəcək  kurs “P461” layihəsi çərçivəsində keçirilir.
 
Kursun məqsədi yüksək zənginləşmə dərəcəli nüvə materiallarının nondestruktiv analiz metodları ilə nüvə kriminalistik analiz bacarıqlarını kurs iştirakçılarına aşılamaq və müasir proqram təminatlı avadanlıq və metodlar haqqında informasiya mübadiləsinin həyata keçirilməsidir.
 
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutundan (RPİ) məlumat verilib.
 
İnstitutdan bildirilib ki, treninqlərdə RPİ-nin Radiokimya laboratoriyasının böyük elmi işçisi Cəlal Nağıyev və mühəndis Azər Sadıqov iştirak edirlər.
 
 
Həqiqət İSABALAYEVA




14/10/14    Çap et