Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belçikanın “Solvay” şirkəti “iPhone 6” üçün plastik tədarük edəcək
Belçikanın “Solvay” kimya firması “Apple” şirkətinə “iPhone 6” üçün yüksəkkeyfiyyətli plastiklər tədarük edəcək. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” nəşri yazıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Belçika şirkəti müvafiq müqaviləni udaraq “PEEK” abreviaturası üzrə tanınan rəngsiz termoplastik polimerdən ibarət materialın tədarükünə başlayacaq. Bu material yeni “iPhone” modelinin iç hissələrinin istehsalında istifadə olunacaq.
Hər iki şirkət vəziyyəti agentliyə şərh etməkdən imtina edib.
PEEK əlverişli elektrik və mexaniki xüsusiyyətlərinə və yüksək temperaturda dayanıqlığına görə elektrotexnika sahəsində tətbiq olunur. Bu material, həmçinin süni protez və təyyarə üçün detallar kimi bir sıra başqa məhsullarda istifadə olunur.
Emil Hüseynov
15/10/14 Çap et