Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” videomesajlarla mübadilə üçün “Qik” xidmətini işə salıb


"Skype" xidmətinin buraxdığı yeni "Skype Qik" mobil tətbiqi bir və ya bir neçə qəbul edən istifadəçi ilə qısamüddətli videomesaj mübadiləsinə imkan verir.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, istifadəçi yeni xidmətdən istifadə etmək üçün "iOS", "Android" və ya "Windows Phone" platformalarında işləyən mobil qurğusuna "Qik" mobil tətbiqini quraşdırmalı, bundan sonra tətbiqə daxil olaraq öz mobil telefonunun nömrəsini təsdiq etməlidir. Bundan sonra nömrəsi qurğunun kontakt siyahısına salınmış abunəçilərlə videomesaj mübadiləsi etmək olar.
 
Videomesajın maksimal müddəti 42 saniyədir. İstifadəçi çəkiliş prosesində əsas və ön kameralar arasında keçid edə bilər. Tətbiq sadə interfeysə malikdir, bir klikə çəkiliş işə salınır, ikinci klik videomesajı göndərir. Videomesajlar qəbul edən şəxsin qurğusunda iki həftə müddətində saxlanılacaq, ancaq ya o, ya da göndərən videomesajı vaxtından əvvəl silə bilər.
 
"Skype Qik" mobil tətbiqi "Skype"dan ayrı işləyəcək.
 
Emil Hüseynov




15/10/14    Çap et