Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyada “4K” efir televiziyasının sınaqları keçirilir



Almaniyada “Media Broadcast” şəbəkə operatoru tərəfindən “4K/Ultra HD” təsvir ölçüsündə efir televiziya yayımının 18 aylıq sınaqlarına başlanılıb. Sınaqlar zamanı “4K” formatlı kontentin və ötürücü avadanlığın effektiv sıxılması imkanları yoxlanılacaq. Rəqəmli videosiqnalın ötürülməsi üçün “DVB-T2” standartında işləyən avadanlıqdan istifadə olunur.
 
Bir müddət əvvəl Almaniyada həmçinin televizorların çoxunun dəstəklədiyi “HbbTV” platformalı “Ultra HD TV” ötürmə avadanlıq kompleksinin sınaqları aparılıb. Bu texnologiya ilə “4K” kontentə sifarişli videoxidmətlərlə tamaşa etmək mümkündür. Bunun üçün yalnız televizorun internetə qoşulması tələb olunur. Bundan başqa, ölkədə rəqəmli “4K” videosiqnallarının peyk vasitəsilə ötürülməsinin sınaqları aparılır, - “HDTV” yazır.
 




15/10/14    Çap et