Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakı 2015” Avropa Oyunlarının təşkilatçıları könüllülər üçün mobil əlavələr tərtib ediblər
Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkəti bu gün "Bakı 2015" Avropa Oyunlarına hazırlıq çərçivəsində mətbuat konfransı keçirib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və "Azerfon" şirkətinin baş direktoru Kent Maknilinin iştirakı ilə keçirilən tədbirdə, Avropa Oyunlarına hazırlıq proqramı çərçivəsində könüllülərlə əməkdaşlığın genişləndirilməsi elan edilib.
"Bakı 2015" layihəsinə artıq könüllülər cəlb edilib və biz onların daha çox olmasına ehtiyac olduğunu görürük. Layihə çərçivəsində "Azerfon"un 140-a yaxın dükanında təşviqat materialları insanlara təqdim ediləcək. Bununla yanaşı, könüllülərə 10 mindən artıq SİM kartlar, 300 dəqiqə və 300 mb bonuslar veriləcək ki onlarla daimi rabitə əlaqəsi yaratmaq mümkün olsun. Layihə çərçivəsində qısametrajlı filmlərin hazırlanması, "Facebook" və "Twitter" vasitəsilə kampaniyaya dəstək vermək nəzərdə tutulub", - deyə o qeyd edib.
K. Maknilinin sözlərinə əsasən, hazırda layihə çərçivəsində Avropa Oyunları çərçivəsində könüllülərlə təşkilatçılar arasında məlumat mübadiləsi üçün, qonaqlara tədbirin proqramı, keçiriləcək oyunların məkanı və s. ilə bağlı bir neçə mobil əlavə üzərində işlər aparılır.
Saymond Kleq öz növbəsində bildirib ki, layihə çərçivəsində təşkilatçıların önündə 12 minə yaxın könüllünün cəlb edilməsi və onlar üçün təlimlərin hazırlanması nəzərdə tutulur, çünki onlar Avropa Oyunlarının ictimai imici olaraq mühüm şəxslərlə əlaqələr quracaqlar.
Könüllülərin əsas seçim meyarları xarici dilləri bilmək və iştirak etmək istəyinin yüksək olmasıdır. Yaş həddi yoxdur, hətta ingiltərəli 77 yaşlı bir xanım könüllü Azərbaycanda keçiriləcək oyunlarda iştiraka maraq göstərib. Könüllülərin seçim prosesinin gələn ilin əvvəlinə kimi davam etdirilməsi gözlənilir.
Aynur Vəliyeva
15/10/14 Çap et