Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə kompüter qurğuları bazarının həcmi 3,2% artacaq
“Gartner” tədqiqat şirkəti kompüter qurğularının (masaüstü, noutbuk, planşet, hibrid aparat və mobil telefonlar) dünya bazarı üzrə proqnozunu açıqlayıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə adı çəkilmiş məhsulların ümumdünya tədarükü 2,33 milyard təşkil edəcək, 2015-ci ildə 2,56 milyardadək artacaq.
Planşet fərdi kompüterləri seqmentində tələbat azlığı müşahidə olunur, çünki bu qurğuların sahibləri qurğularını yeniləməyə tələsmir və yeni alıcılar böyükölçülü smartfonlar (fabletlər) daxil olmaqla alternativ cihazlara daha çox diqqət yetirirlər.
Tədqiqata əsasən, 2014-cü ildə dünya planşet bazarının həcmi 229 milyona çatacaq ki, bu da illik hesablama üzrə 11% daha yüksəkdir. Planşetlərin tədarükünün artım dinamikası 55%-lik göstərici ilə ölçülüb.
"Bəzi istifadəçilər öz planşetlərini başqa planşetlərə dəyişdirmir, hibrid elektronikaya üstünlük verirlər, buna görə də ümumi kompüter qurğuları bazarının həcmində bahalı ultramobil cihazların payı 2018-ci ilədək 32%-dək artacaq" – “Gartner”in tədqiqatlar üzrə direktoru Rancit Atval deyib.
2014-cü ildə mobil telefon seqmenti başlanğıc və orta səviyyəli smartfonların satış həcminin nəzərəçarpacaq dərəcədə artımı sayəsində müsbət artım tempini saxlayacaq. Bu il istehsalçılar ümumilikdə 1,86 milyon mobil telefon tədarük edəcəklər, 2015-ci ildə bu göstərici 1,93 milyonadək artırılacaq.
Ənənəvi kompüter bazarına gəlincə, ekspertlər bu seqmentin sonrakı azalmasını proqnozlaşdırırlar. 2013-cü ildə 296,1 milyon masaüstü və noutbuk tədarük edilib, cari ildə 276,5 milyon, 2015-ci ildə 261 milyon səviyyəsində gözlənilir.
Emil Hüseynov
15/10/14 Çap et