Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Qualcomm” CSR çip istehsalçısını 2,5 milyard dollara satın alacaq
ABŞ-ın “Qualcomm” şirkəti Britaniyanın CSR çip istehsalçısını 2,5 milyard dollara satın almaq haqda razılaşma imzalayıb. Bu haqda şirkətdən bildirilib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sazişin şərtlərinə əsasən, “CSR”-in səhmdarları səhm üçün nağd şəkildə doqquz funt-sterlinq alacaqlar.
Şirkətə sahiblənmək hüququna, həmçinin “Qualcomm”un rəqibi – “Microchip Technology” mübarizə aparıb. Bu ilin avqustunda Britaniya şirkəti sazişin qiymətində fikir ayrılığı səbəbindən “Microchip”in təklifindən imtina edib.
CSR – Britaniyanın mikroelektronika hazırlanması üzrə ixtisaslaşmış şirkətidir. Şirkət “Bluetooth”, “GPS”, radio, “Wi-Fi” sahələrində məhsullar istehsal edir.
Emil Hüseynov
15/10/14 Çap et