Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron imza ən çox rabitə və yüksək texnologiyalar sahəsində tətbiq olunur


Azərbaycanın dövlət qurumları arasında elektron imzanı ən çox Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tətbiq edir.
 
Ölkədə rabitə və yüksək texnologiyaları sektorunun 9 fəaliyyət sahəsində elektron imzadan istifadə olunur.
 
Belə ki, RYTN “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu”, “Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsi üçün xüsusi icazənin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu”, “İxrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu”, “Radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətlərin və sənədlərin qəbulu”, “Telekommunuikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatın verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu”, “Elektron xidmətlər reyestri”, “Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestri” və “E-gov.az portalı” sahələrində e-imzanın tətbiqini həyata keçirir.
 
Bununla yanaşı, digər dövlət qurumlarından Daxili İşlər Nazirliyi  “Elektron sənəd dövriyyəsi”, Vergilər Nazirliyi “Hüquqi şəxslərin e-qeydiyyatı”, “Fərdi sahibkarların onlayn qeydiyyatı”, Әmlak Məsələləri üzrə Dövlət Komitəsi
“Hərracların təşkili üzrə xidmətlər” və Dövlət Sosial Müdafiə Fondu “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” istiqamətləri üzrə elektron imzanı tətbiq edir.
 
CAHANGİR
 




15/10/14    Çap et