Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya iqtisadiyyatı il ərzində kibercinayətkarlığa görə 27 milyard dollar itirib


2013-cü ildə kibercinayətkarların fəaliyyəti nəticəsində dünya iqtisadiyyatına dəyən ziyan 1,5 dəfə artaraq 2012-ci ildəki 18 milyard dollarla müqayisədə 27 milyard dollar təşkil edib.

Bu barədə “Group-IB” şirkətinin baş direktoru İlya Saçkov informasiya təhlükəsizliyi üzrə konfransda çıxışında bildirib.
 
2011-ci ildə iqtisadi ziyan 12,5 milyard dollara bərabər olub. Beləliklə, dünya iqtisadiyyatının ziyanı ildən-ilə artır.
 
İ.Saçkovun fikrincə, klassik informasiya təhlükəsizlik vasitələri artıq uzun müddətdir insidentlərin qarşısını almaq iqtidarında deyil.
 
2013-cü ildə daha aktiv distansiyalı bank xidməti sistemləri vasitəsilə fiziki şəxslərdən oğurluqla məşğul olan səkkiz cinayətkar qrup aşkar olunub. Həmçinin kibercinayətkarların mobil bank xidmətləri sahəsində fəallığı artıb. İl ərzində beş belə qrup qeydə alınıb. Bundan başqa, cinayətkarların bankomatlara hücumları artıb, habelə il ərzində bank və ödəniş sistemlərinə “DDoS” hücumların sayında da artım müşahidə olunub.
 
Şirkət direktorunun proqnozuna görə, 2014-2015-ci illərdə bank və maliyyə təşkilatlarına qarşı yönələn hücumların sayı fiziki şəxslər üçün təhdidlərin, POS-terminal və mobil qurğuların virusa yoluxdurulmasının sayı kimi artacaq. İstifadəçilərin fərdi kompüterlərinə qarşı “fishing” fəallığı isə əksinə, fırıldaqçılar tərəfindən istifadə olunan sxemin az effektivliyi nəticəsində azalacaq, - "Lenta ” yazır.  

 




16/10/14    Çap et