“YouTube” yüzdən çox kompüteri virusa yoluxdurub
“YouTube”da 100 mindən çox amerikalı, onlarla Avropa və Asiya istifadəçisinin aldandığı reklam kimi təqdim edilən virus aşkar edilib.
“ICTnews” xəbər xidmətinin “
www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, istifadəçilər Polşa hökumət saytı əvəzinə ziyanverici virusun yerləşdiyi resursa daxil olublar.
İstifadəçinin kompüteri o, reklama daxil olduqda ziyanverici resursa yönəldilməsi nəticəsində virusa yoluxurmuş.
Virusa çıxış elanları ən məşhur videoçarxlarda yerləşdirilib və onların birində 11 milyon baxış qeydə alınıb.
Bədəməllər “YouTube” reklam yerini reklam agentliklərindən alıblar. Reklamdakı istinad ilk öncə Polşa hökumətinin saytlarından birinə gətirib çıxarıb. Resursun DNS yazısı elə modifikasiya edilib ki, Niderlandda iki server üzərindən ABŞ-da yerləşən veb saytlara ötürülüb.
Ekspertlər kompüterlə yoluxmadan sonda nə baş verdiyini bildirməyiblər, lakin istifadəçilərə brauzerin boşluğun aradan qaldırılmış ən son versiyasını yükləməyi tövsiyə ediblər.
Qeyd edək ki, bu ilin fevral ayında hakerlər artıq “YouTube” reklamı üzərindən virus yayıblar.
Aynur Vəliyeva