Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı tədqiqatçılar rusiyalı hakerləri NATO-nun kompüterlərinə müdaxilə etməkdə günahlandırıblar


İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər müəyyən ediblər ki, rusiyalı hakerlər Avropanın və Amerikanın dövlət qurumlarının və korporasiyalarının onlarla kompüterini sındırıblar.

Belə ki, onlar  “Microsoft Windows”da olan boşluqdan istifadə edərək NATO-nun sentyabrda keçirdiyi sammiti ilə bağlı məxfi məlumatlara çıxış əldə ediblər.
 
Hücum Rusiyanın ikiillik izləmə layihəsinin yekunu olub. Əsas məqsəd Rusiyanın ABŞ və Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi hərəkətlərə münasibətini öyrənməkdir.



“iSight Partners” izləməni hakerlərin hücum zamanı buraxdığı səhv nəticəsində aşkar edib. Onlar sanksiyalaşdırılmamış müdaxilə həyata keçirilən bəzi serverləri yetərincə mühafizə etməyiblər.
 
 Məlum olub ki, hakerlər Ukraynanın dövlət orqanlarının onlarla, Avropanın azından bir ölkəsinin, NOTO-nun, Polşa energetik şirkətinin, Fransa telekommunikasiya şirkətinin, Amerika araşdırma mərkəzinin kompüterlərinə hücum ediblər. Kompüterlərdə mövcud olan boşluq elektron məktublara, təqdimatlara və sənədləri sındırmaq üçün tələb olunan şifrləmə açarlarına müdaxilə etməyə imkan verib.

Hakerlərin istifadə etdiyi boşluq bir neçə il mövcud olub və onlarla milyon kompüterə toxuna bilər.
 
Bu boşluq bütün əməliyyat sistemlərində qeydə alınıb - “Vista”dan başlayaraq “Windows 8.1”-dək. “iSight” onu sentyabrın əvvəlində aşkar edərək “Microsoft”a, Amerika hakimiyyətinə və digər müştərilərinə bildirib.
 
 
Aynur Vəliyeva
 




16/10/14    Çap et