Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə mobil aparat bazarında smartfonların payı 50%-i ötəcək


“iSuppli” şirkətinin məlumatına əsasən, 2011-ci ildə təxminən 478 milyon smartfon satılacaq. Smartfonların satışı növbəti il 500 milyonu ötəcək.

Bu göstərici 2015-ci ildə 1 milyardı ötəcək. Onilliyin ortalarında, “iSuppli” şirkəti hesab edir ki, mobil bazarda smartfonların payı 54,4% təşkil edəcək.

Ən böyük smartfon təchizatçıları müvafiq olaraq 19,1%, 16,2% və 15,7% paylarla “Apple”, “Samsung” və “Nokia” şirkətləridir.




26/08/11    Çap et