Cənubi Koreyada yeni identifikasiya nömrələri veriləcək
Koreya Respublikası hökuməti vətəndaşlara identifikasiya nömrələrini yenidən vermək niyyətindədir. Buna səbəb əhalinin 80 faizinin kiberhücumlar nəticəsində identifikasiya nömrəsinin internet şəbəkəsinə sızmasıdır.
Koreya Kommunikasiya məsələləri komissiyasının məlumatına görə, ölkədə orta hesabla hər bir nəfər 2,1 dəfə məlumat sızmasının qurbanı olub.
Qeyd edək ki, Cənubi Koreyada tranzaksiyaların həyata keçirilməsi üçün ömürlük verilən identifikasiya nömrələri çox böyük əhəmiyyətə malikdir. Sistem 1960-cı illərin sonunda istifadəyə verilib.
“Heç şübhəsiz, biz böyük dəyişikliklərdən danışırıq”, - İctimai Administrasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşı Kim Ki-su deyib.
Cənubi Koreya hökumətinin sistemin yenidən qurulmasına 650 milyon dollar xərcləyəcəyi gözlənilir. Bundan başqa, şirkətlər tərəfindən yeni identifikasiya nömrələrinin verilməsi və onlar haqqında müxtəlif sistemlərə məlumatların daxil edilməsi üçün əlavə vəsaitlərin yatırılması tələb olunacaq.
Sistemin yenidən qurulması ilə bağlı qərarın qəbul edilməsinə ölkə başçısı Pak Kın Henin qurbanı olduğu kiberinsidentin səbəb olması ehtimal edilir. Məhz Cənubi Koreya Prezidenti identifikasiya nömrələrinin verilməsi sisteminin yenidən qurulmasının vacibliyini deyib, - “
SecurityLab” yazır.