Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” təhsil və karyera sərgilərində iştirak edib
“Bakcell” şirkəti Bakıda keçirilən 8-ci Azərbaycan beynəlxalq “Təhsil” və “Karyera” sərgisində uğurla iştirak edib.
3 gün davam edən sərgidə nümayiş olunan “Bakcell” stendi və təşkil olunan müsabiqə, sorğu və s. tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bununla yanaşı, hazırda şirkətdə mövcud olan 14 vakansiya barədə məlumat verilib, eyni zamanda stendin ziyarətçiləri arasında müsabiqə keçirilib.
Müsabiqədə şirkətin həyata keçirdiyi layihələr, əmək qanunvericiliyi, kadrların idarə olunması və s. ilə bağlı suallara cavab verən 24 sərgi iştirakçısına xüsusi hədiyyələr təqdim olunub.
Sərgi zamanı şirkətin təqdim etdiyi vakansiyalara 300-dən artıq müraciət daxil olub. Hazırda elan olunmuş vakansiyalara uyğun gələn müraciətlərə “Bakcell”in insan resursları şöbəsi tərəfindən baxılır.
Sərgi iştirakçıları arasında keçirilənnn məşğulluq sorğusunda 200-dən çox ziyatərçi iştirak edib və “Bakcell”də işəgötürmə prosesi, əməkhaqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə və s. ilə bağlı sulları cavablandırıblar.
Müxtəlif sərgilər zamanı həyata keçirilən bu cür sorğuların nəticələri təhlil olunaraq şirkətin işə qəbul prosesinin təkmilləşdirilməsi üçün istifadə olunur.
Qeyd edək ki, “Təhsil” və “Karyera” sərgiləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri çıxış edir.
“Bakcell” şirkəti Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirir. Xatırladaq ki, “Bakcell”in “Smart Start” adlı təcrübə bu proqramı bu yaxınlarda uğurla başa çatıb.
RƏVAN
16/10/14 Çap et