Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple Pay” mobil ödəmə sistemi oktyabrın 20-dən işə başlayacaq


“Apple Pay” mobil ödəmə sistemi ABŞ-da oktyabrın 20-dən işə salınacaq. Bu haqda Kupertinoda keçirilmiş nümayişdə “Apple”ın baş direktoru Tim Kuk deyib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple”ın ödəmə sistemi sentyabrda yeni “iPhone 6” və “iPhone 6 Plus”  smartfonları ilə birgə elan edilib. İstifadəçi ödəmə terminalına yaxınlaşdıqda smartfonda ödənişin ediləcəyi kartı seçir, “Touch ID” barmaq izlərinin skaneri toxunuşunun köməyi ilə əməliyyatı identifikasiya edir və ödəniş haqda mesaj şəklində bildiriş alır.
 
Bundan başqa, Tim Kuk xatırladıb ki, sistem onlayn alış-veriş üçün də keçərli olacaq.
 
“Apple Pay” ödəmə sistemi yalnız ABŞ-da “Visa”, “MasterCard” və “American Express” kartları ilə birgə əlçatan olacaq. “McDonald's” restoranlar şəbəkəsində, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və başqa böyük mağazalar şəbəkəsində istifadə mümkün olacaq. “Apple” yeni xidmətin elanından sonra “Apple Pay” ödəmə sisteminin dəstəklənməsi haqda 500 Amerika bankı ilə razılaşıb.
 
Emil Hüseynov




17/10/14    Çap et