Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mövcud olan 16 vakansiya müsabiqəyə çıxarılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə və ümumi müsahibə elan edib.
Müsabiqə və müsahibəyə 24 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 451 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.
Müsabiqənin elan olunduğu vakant dövlət qulluğu vəzifələri sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vakansiyaları da yer alıb.
RYTN-də mövcud olan vakansiyalara Hüquq və insan resursları şöbəsi, Hüquqi təminat sektorunda aparıcı məsləhətçi, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorunda məsləhətçi, aparıcı məsləhətçi, həmin şöbənin Beynəlxalq təşkilatlarla əlaqələr sektorunda aparıcı məsləhətçi (2 yer), Elektron idarəçiliyin inkişafı şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, İnformasiya cəmiyyətinin inkişafı şöbəsində aparıcı məsləhətçi, böyük məsləhətçi, Tənzimləmə şöbəsi, Arabağlantı və xidmətlər sektorunda məsləhətçi, Sənədlərlə iş və təminat şöbəsində məsləhətçi vəzifələri daxildir.
Bununla yanaşı, müsabiqəyə RYTN, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Sahibkarlığın inkişafı sektorunda baş məsləhətçi (hüquqşünas), sektor müdiri Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, sektor müdiri vakansiyaları təqdim edilib.
Qeyd edək ki, müsabiqə şərtləri ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
saytında ətraflı tanış olmaq olar.
CAHANGİR