Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

100 dollara iki SİM kartlı “Panasonic T40” smartfonu


2013-cü ildə mobil biznesinin həcmini azaltmaq qərarı verən “Panasonic” şirkəti bəzi ölkələrdə smartfon buraxılışına davam edir. Yapon istehsalçısı növbəti həllini Hindistanda təqdim edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Panasonic T40” modeli ilkin səviyyəli qurğular kateqoriyasına aiddir. Cihaz 800x480 piksel təsvir ölçülü 4 düymlük IPS ekran, 1.3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz olunub və aparata “Android 4.4.2 KitKat” əməliyyat sistemi quraşdırılıb.

Bundan başqa, qurğu 1 QB əməli və 8 QB daxili yaddaş, 2 meqapiksellik ön və 5 meqapiksellik LED işıqlandırıcıya malik arxa kameralarla təchiz edilib.

Aparat “3G”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth” və “GPS” simsiz şəbəkələrini dəstəkləyir, həmçinin FM diapazonlu radiostansiyalara qulaq asmağa imkan verir.

Aparatın ölçüləri 126 x 62,5 x 9 mm, çəkisi 117 qram təşkil edir. Smartfonun avtonom iş vaxtı məlum deyil, amma akkumulyator batareyasının tutumu 1500 milliamper/saatdır.

İki SİM kart dəstəkləyən “Panasonic T40” modeli təxminən 100 dollar qiymətinə satışa çıxarılacaq.

Emil Hüseynov
 




17/10/14    Çap et