Azərbaycanda icbari sığorta müqavilələrinin mövcudluğunu yoxlamaq üçün elektron xidmət yaradılıb
İcbari Sığorta Bürosu (İSB) icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması üçün yeni sistem istifadəyə verib.
İSB-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, yeni sistem vasitəsi ilə avtonəqliyyat vasitəsinin cari tarixə, həmçinin yol nəqliyyat hadisəsinin baş vermə tarixinə icbari qaydada sığortalı olub-olmamasını yoxlamaq mümkün olacaq. Bu elektron xidmətə büronun
internet səhifəsində “Sığorta şəhadətnaməsini yoxla” bölməsindən və ya
inki ilə daxil olmaq mümkündür.
Qeyd edək ki, istifadəyə verilən elektron xidmətlər siyahısına yaxın zamanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələrinin yoxlanılması modulları da əlavə olunacaq.
CAHANGİR