Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlərin ən çox hücum etdikləri Avropa ölkəsi hansıdır?
Mütəxəssislər Avropa, Yaxın Şərq və Afrika (EMEA) bazarlarını təhlil edərək müəyyən ediblər ki, 2014-cü ilin birinci yarısında edilmiş haker hücumlarının 17%-i Böyük Britaniyanın payına düşüb.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, haker hücumlarının sayına görə ikinci yerdə 12% göstəriciyə malik Almaniya qərarlaşıb. Hücumların 10%-i Səudiyyə Ərəbistanı, 9%-i Türkiyə, 8%-i İsveçrənin payına düşüb. Ən az hücum Fransa (4%), İsveç (4%) və İspaniyada (3%) qeydə alınıb.
Bu halda ötən illə müqayisədə haker hücumlarının sayı iki dəfə artıb.
Dövlət qurumları cinayətkarların hücumlarına tez-tez məruz qalır. Mütəxəssislərin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək. Həm də böyük həcmli məlumatlarla işləyən dövlət təşkilatları, həmçinin maliyyə departamentləri daha çox riskə məruz qalır.
Emil Hüseynov
18/10/14 Çap et