Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tacikistanda sosial şəbəkələri blokdan çıxarıblar
"İnterfaks" yazıb ki, Tacikistanın internet provayderləri “Facebook” və "VKontakte", “YouTube” videohostinqi, həmçinin "Vikipediya”nın rus versiyasını blokdan çıxarıblar.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Amazon” internet mağazasının saytları, “Centrasia.ru”, “Lenta.ru” və başqa resursların xəbər resursları hələ də blokdan çıxarılmayıb.
"Biz Facebook, YouTube, Vikipediya və VKontakte üçün girişi bərpa etmək əmri almışıq" – provayder rəhbərlərindən biri deyib.
Tacikistan Hökumət Rabitə xidməti saytların bloklanmasında öz iştirakını rədd edib.
ATƏT öz narahatçılığını bildirərək Tacikistan hakimiyyətini internet resurslarını yalnız məhkəmənin qərarından sonra bloklamağa səsləyib.
Emil Hüseynov
18/10/14 Çap et