Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
HP: Azərbaycanın şirkət və idarələrinin İT bölmələri inkişaf edir
HP şirkəti əməkdaşlıq etdiyi Azərbaycanın şirkət və idarələrinin İT bölmələrinin inkişaf tendensiyasını qeyd edir. Bu barədə HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib. Hacıəlibəyovun sözlərinə görə, Azərbaycanın dövlət xidmətlərinin informasiyalaşdırılması səviyyəsi çox vaxt peşəkar biliklər və İT bölmələrin personalının ixtisasından asılıdır.
"Fikrimcə, "Elektron hökumət"ə keçid dinamikasını sürətləndirmək üçün ilk növbədə internet texnologiyalarının hər yerdə tətbiq edilməsi və əhalinin kompüter biliklərinin artırılması lazımdır. Müəyyən təkamül dövrünü keçmək lazımdır.
Bu müddət ərzində vətəndaşlar, daha çox yeniyetmə nəsil və gənclər dövlətdən xidmət və informasiyaların əldə edilməsinin şəxsi əlaqələr vasitəsilə deyil, internet texnologiyaları ilə həyata keçirilməsinə vərdiş etməlidirlər", - o bildirib.
"HP Azerbaijan" şirkətinin rəhbərinin sözlərinə görə, "Elektron hökumət" layihəsinin həyata keçirlməsinin məqsədi əhali və dövlət arasında qarşılıqlı münasibətlərin səmərəliyinin artırılması, bürokratik əngəllərin azaldılması və korrpusiyaya qarşı şəffaflığın təmin edilməsidir.
"Lokal həllərdən "Elektron hökumət"in vahid platformasına keçmək üçün ümumi məqsədlərin və birgə informasiya resurslarının yaradılması üzrə vəzifələrin müəyyən edilməsi üçün böyük idarələrarası işin aparılması tələb olunur.
Lakin bu qərarın sosial və iqtisadi səmərəliliyi mübahisəedilməzdir", - o qeyd edib. Hacıəlibəyov istisna etmir ki, HP gələcəkdə "Elektron hökumət" layihəsinə bu miqyaslı həllərin təşəkkülü üçün nəzərdə tutulan daha geniş portfellə qoşulacaq.
27/08/11 Çap et