Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial müavinət və təqaüdlərə dair məlumatların xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanması işi başa çatdırılıb


Sosial müavinət və təqaüdlərə dair məlumatların xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanması işi başa çatdırılıb və belə şəxslərə müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Qeyd edilib ki, cari ilin 1 oktyabr tarixinə ölkəmizdə 425 650 nəfərə (respublika əhalisinin 4,4 faizinə) aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 650 nəfəri (78,6 faizi) aylıq, 91 000 nəfəri (21,4 faizi) isə birdəfəlik sosial müavinətlərlə təmin olunub.  
 
 
HƏQİQƏT




20/10/14    Çap et