Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda internet-reklamın inkişafı ilə bağlı araşdırmalar aparılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “İnternet-reklamın müasir vəziyyəti, inkişaf problemləri və səmərəliyin artırılması yolları” mövzusunda araşdırmalar aparılır. Tədqiqat nəticəsində artıq ekspress-informasiya da çap olunub. İTİ-dən verilən məlumata görə, bu barədə institutun 18 saylı şöbəsinin müdiri Anar Səmidov 9 aylıq fəaliyyətə həsr olunmuş hesabat iclasında bildirib.
Şöbənin praktiki fəaliyyəti çərçivəsində görülən işlərdən danışan məruzəçi institutun yeni əməkdaşları üçün vəsiqələrin, AMEA əməkdaşlarına təbrik açıqcaları, plaket-adreslərin hazırlandığını deyib.
Onun sözlərinə görə, ekspress-informasiya kitabçaların, həmçinin avtoreferatların, dissertasiya işlərinin çapı və cildlənməsi də praktiki fəaliyyət çərçivəsində görülən işlərdəndir. A.Səmidov, həmçinin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak ilə bağlı şöbədə həyata keçirilən tədbirləri nəzərə çatdırıb.
Həqiqət İSABALAYEVA
20/10/14 Çap et