Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ Avrasiya ölkələri üçün İT üzrə təcrübə proqramları elan edib
Amerikanın xüsusi işgüzar təcrübə proqramı (SABIT) MDB, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün “Avrasiya üçün İnformasiya Texnologiyaları” və “Aqrobiznes innovasiyaları və səmərəlilik” mövzusunda təcrübə proqramları elan edib.
“ICTnews” xəbər xidmətinin SABIT-in rəsmi məlumatına istinadən verdiyi məlumata görə, “Avrasiya üçün İnformasiya Texnologiyaları: infrastruktur və startapların inkişafı” mövzusunda təcrübə proqramı 2015-ci il yanvarın 24-dən fevralın 8-dək davam edəcək.
“Aqrobiznes innovasiyaları və səmərəlilik” mövzusunda təcrübə proqramı 2015-ci il martın 14-dən aprelin 4-dək keçiriləcək.
Aynur Vəliyeva
20/10/14 Çap et