“Ağıllı” saatlar üçün elastik batareya təqdim olunub
Koreya Respublikasında eyni vaxtda bir neçə tədqiqat mərkəzi gələcəkdə müasir elektron qurğularda tətbiq oluna biləcək perspektivli elastik batareyaların hazırlanması ilə məşğuldur.
Bu yaxınlarda Seulda keçirilən “InterBattery 2014” konfransında “Samsung SDI” şirkəti “Gear S” və “Gear Fit” tipli “smart” saatlar kimi, “ağıllı” mobil qurğularda istifadə oluna biləcək yeni əyilən batareya təqdim edib.
Smartfonlar üçün mövcud elastik batareyalardan fərqli olaraq 20:3,6 mm ölçüsündə və 10 milliamper saat tutumlu val şəklində olan yeni batareyanı təkcə əymək deyil, həm də bükmək olar və bu şəkildə onlar normal işləyir.
“Samsung SDI” yaxın üç il ərzində əyilən batareyaların kommersiya buraxılışına başlamağı planlaşdırır. Hazırda şirkət həmçinin əyilən displeylərin hazırlanması ilə məşğuldur.
Bükük formaya malik batareyalardan hazırda "Samsung” şirkətinin "Galaxy Note Edge” smartfonlarında və "HU9000” seriyalı "4К” yüksək təsvir ölçüsünə malik televizorlarında tətbiq edilir.
Bu sahədə daha bir məhsulu bu yaxınlarda Koreya Meşə Təsərrüfatı və Koreya Elm və Texnika İnstitutunun mühəndis və alimləri təqdim edib. Onlar kağız kimi bükülən batareyaların hazırlanması üsulunu kəşf ediblər.
"Nano Letters” elm jurnalının məlumatına görə, bu texnologiyaların əsasını nanokağızların sellülozdan hazırlanan elektrod və membranlardan istifadə üsulu təşkil edir. Onu kağız kimi elastik displey və ya paltar kimi geyilən digər elektron qurğuların istehsalında tətbiq etmək planlaşdırılır, - “
TASS ” yazır.