Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən sürətli internet bu ölkədə olacaq


ABŞ-da ən böyük provayderlər internetə qoşulma sürəti üçün minimal standart kimi 10 Mbit/s haqda razılaşarkən, Cənubi Koreyada 10 Qbit/s sürətə keçidə hazırlaşırlar.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bu gün Cənubi Koreyada keçiriləcək konfransda Elm Nazirliyi, Milli İnformasiya Cəmiyyəti agentliyi və başqa institut və milli provayderlər internetə 10 Qbit/s qoşulmanı təmin edən yeni xidməti təqdim edəcəklər.
 
Yeni standart Cənubi Koreya və Yaponiyada hazırlanmış texnoloji irəliləyişlərə əsaslanıb. Ancaq məhz Cənubi Koreya dünyada internetə  ən yüksək qoşulma sürətini standartlaşdırmağı planlaşdırır.
 
Hazırda Cənubi Koreyada 100 Mbit/s qoşulma sürəti standart hesab edilir ki, bu da 1 QB həcmində faylı 80 saniyə ərzində ötürməyə və qəbul etməyə imkan verir. Yeni 10 Qbit/s-lik standart bunu 0.8 saniyə ərzində etməyə imkan verəcək.
 
Emil Hüseynov




20/10/14    Çap et