Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyalı tapançaların 3D surətinə görə iki il müddətinə həbs cəzası alıb
Yapon məhkəməsi kolleclərdən birinin keçmiş əməkdaşı 28 yaşlı Yosimoto İmuru 3D printerdə iki tapança modelinin çapı üçün ikiillik həbs cəzası alıb. Silahın yaradılması prosesinin videoya çəkilməsi faktı, həmçinin sərt cəza verilməsinə səbəb olub.
Hakim bildirib ki, İmurunun hərəkətləri cəmiyyət üçün təhlükə yaradır, çünki başqa insanları da silah yaradılmasına tərk edə bilərlər.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Phys.org” saytı yazır ki, 28 yaşlı yapon tapançaların çapı üçün lazımi informasiyanı açıq internet mənbələrindən əldə edib. Bu, hakimin qərarına öz təsirini göstərməyib. Məhkəmə, həmçinin İmurunun vəkillərinin dəlilini qəbul etməyib: onlar deyiblər ki, müdafiə edilən tərəf onun hərəkətlərinin qanunazidd olduğunu bilməyib.
Emil Hüseynov
20/10/14 Çap et