Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 200-dən artıq region gəncinin İKT bacarıqları artırılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin İKT bacarıqları və məşğulluq imkanlarının artırılması” layihəsinin icrası uğurla yekunlaşıb.
 
 
Fonddan verilən məlumata görə, layihənin məqsədi gənclər  arasında İKT bacarıqlarının formalaşdırılması, regionlarda İKT-yə olan marağın artırılması, onlayn alış-veriş imkanları haqqında  maarifləndirmə işinin aparılması və məşğulluq imkanlarının artırılmasına yönələn fəaliyyətlərin dəstəklənməsi olub. Layihə Şirvan, Saatlı, Göyçay, Füzuli və Ağdaş rayonlarında həyata keçirilib. Ümumilikdə 200 nəfərdən çox gənc layihədən birbaşa faydalana bilib.
 
 
Qeyd edək ki, layihənin uğurla həyata keçirilməsi üçün  rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yaşayan gənclər də təlimlərə  cəlb edilib.
 
 
CAHANGİR
 




20/10/14    Çap et