Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron bankçılığın inkişafı üzrə işlər davam etdirilir


Mərkəzi Bankın (MB) “Elektron hökumət” quruculuğu çərçivəsində həyata keçirdiyi ardıcıl tədbirlər davam etdirilir. Ölkədə bank-müştəri münasibətlərinin elektronlaşması məqsədilə MB-nın yaratdığı Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) qanunvericiliyə uyğun olaraq 2014-cü il oktyabrın 14-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunub.
 
Bankdan bildirilib ki, BSXM-in akkreditə olunması ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən kommersiya banklarının müştəriləri olan fiziki və hüquqi şəxslərə elektron sertifikat verilməsi ilə elektron bankçılığın inkişafı üçün geniş imkanlar yaranacaq.
 
Hazırda elektron sertifikatların verilməsi üzrə hazırlıq işləri gedir, o cümlədən normativ metodoloji baza hazırlanır, pilot banklar seçilir.
 
Qeyd olunan bütün məsələlər tənzimləndikdən sonra bank və onların müştərilərinə sertifikatlar veriləcək.
 
 
Həqiqət İSABALAYEVA




21/10/14    Çap et