Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” yaxın həftələr ərzində ultrabukların satışlarına başlayacaq
Veb-mənbələrin məlumatına əsasən, “Lenovo” şirkəti yaxın həftələr ərzində “İdeaPad U300s” portativ kompyuteri çıxaracaq.
“Computex 2011” sərgisində nümayiş etdirilən qurğu Çin istehsalçısının ilk ultrabuku olacaq. Onun əsasını ikinci nəsil “Core” prosessoru ilə olan “İntel Sandy Bridge” aparat platforması təşkil edir.
Ekranın ölçüsü 12-13 düym, kompyuterin korpusunun qalınlığı isə 20-21 millimetr təşkil edəcək. “İdeaPad U300s” portativ kompyuterinin qiyməti məlum deyil.
27/08/11 Çap et