Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Philips” şirkəti yeni smartfon nümayiş etdirib (FOTO)


“Philips” şirkəti mobil telefon bazarında başlanğıc və orta səviyyəli qurğular üzrə ixtisaslaşıb. Hollandiya şirkəti qabaqcıl qurğular seqmentində də öz gücünü yoxlamağa qərar verib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Philips i966 Aurora” modeli ilk belə aparat olub. Qurğu 5,5 düymlük 2560x1440 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru və “Adreno 330” qrafikası ilə təchiz edilib.
 




Aparatda, həmçinin 3 QB əməli və 32 QB daxili yaddaş quraşdırılıb, “Sony IMX220” sensoru, işıq diodu işıqlandırıcısına malik 20 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön fotomodul və barmaq izlərinin skaneri ilə təchiz edilib.
 
Yeni qurğu “4G LTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modullarını dəstəkləyir. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. Cihazın avtonom iş vaxtı açıqlanmayıb.
 
“Philips i966 Aurora” qurğusu “Android”in dəyişilmiş versiyası olan “YunOS 3.0” əməliyyat sistemi ilə idarə olunur.
 
“Philips i966 Aurora” modeli Çində təxminən 600 dollara satılır.
 
Emil Hüseynov




22/10/14    Çap et