Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Nokia” brendindən imtina edir


“Microsoft” korporasiyası “Nokia” brendindən imtina kampaniyasına başlayıb. Bu haqda “The Verge” nəşri yazıb. Resursun məlumatına görə, dəyişikliklər “Nokia France” bölməsindən başlanacaq. “Microsoft”un nümayəndəsi “The Verge” nəşrinə bildirib ki, başqa ölkələrdə loqotiplərin dəyişdirilməsi prosesi aparılacaq.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, portal yazır ki, “Nokia Lumia”dan “Microsoft Lumia”ya keçidi istifadəçilərin tədricən “Nokia.com” saytından “Microsoft”un yeni mobil saytına yönləndirilməsi ilə başlayır, həmçinin sosial şəbəkələrdə (məsələn, “Facebook” və “Twitter”) brendin adı dəyişdiriləcək.
 
Xatırladaq ki, “Nokia” şirkəti bazarı tərk etməyərək müstəqil şirkət kimi mövcudluğuna davam edəcək, amma telefon biznesi ilə məşğul olmayacaq.
 
Emil Hüseynov

 




22/10/14    Çap et